Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi

image-146310backend

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib.

Busaat.az xəbər verir ki, “Mançester Siti” doğma meydanda PSJ-ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. İlk matçda da 2:1 hesablı qələbə qazanan İngiltərə təmsilçisi tarixində ilk dəfə finala yüksəlib.

Sabah isə “Real” “Çelsi”nin qonağı olacaq (ilk oyun 1:1).

Çempionlar Liqası, yarımfinal mərhələsinin cavab oyunları

4 may

23:00. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) – 2:0
Qollar: Mahrez, 11, 63
Qırmızı vərəqə: Di Mariya, 69 (PSJ)

5 may

23:00. “Çelsi” (İngiltərə) – “Real” (İspaniya)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90