Ceyhun Bayramov Corc Dikli qəbul edib

image-x1-1backend

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İsrailin ölkəmizdəki səfiri Corc Diki qəbul edib.

XİN-dən  bildirilib ki, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

image-x3 image-x2-2

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90