Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 658 $▲0.86%
  • Ethereum1 814 $▲2.56%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Ceyhun Bayramov: "Ermənistanın separatçı, təxribat xarakterli addımları humanitar məsələ kimi qəbul edilə bilməz"

Ceyhun Bayramov
Ceyhun Bayramov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistanın separatçı, təxribat xarakterli addımları humanitar məsələ kimi qəbul edilə bilməz”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir belçikalı həmkarının gələcəyə baxış tövsiyəsini doğru saydığını söyləyib: “Hadja Lahbib də keçmişə yox, gələcəyə baxmalı olduğumuzu tövsiyə etdi. O, gələn ilin yanvarında Belçikanın Avropa İttifaqına sədrlik edəcəyini bildirib. Mən də bu sədrliyin uğurlu olmasını diləyirəm. Bizim istəyimiz və gözləntimiz növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmamağımızdır. Biz bəzi Avropa ölkələrinin separatçılığa necə həssas yanaşdıqlarını, necə mühüm qərarlar qəbul etdilərini bilirik. Biz istərdik ki, Azərbaycanın həyata keçirdiyi işlərlə bağlı rəy verməzdən əvvəl addımın mahiyyətini başa düşsünlər. Ermənistanın separatçı, təxribat xarakterli addımları belə asanlıqla humanitar məsələ kimi qəbul edilə bilməz”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119161