Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 124 $▼4.54%
  • Ethereum1 817 $▼5.75%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Ceyhun Bayramovdan Paşinyanın yeni sülh təkliflərinə münasibət: "Bu formada müqavilə imzalanmır"

image-ceyhun-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan və Ermənistan tərəfləri mütəmadi olaraq təkliflərin üzərində işləyir və bir-birinə təqdim edir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Baş nazir Nikol Paşinyanın ötən gün Ermənistanın Azərbaycana sülh müqaviləsinə dair təkliflər təqdim etdiyi barədə çıxışına münasibət bildirərkən deyib.

“Sənədin bizi qane edib-etmədiyi barədə cavab vermək çətindir və bu düzgün olmaz. Təbii ki, proses asan deyil, çətindir. Tərəflərin mövqeləri bir çox hallarda fərqlənir və buna görə də təkliflər bir neçə mərhələdə müzakirə olunmalıdır. Bu müzakirələr nəticəsində öz mövqeyini qarşı tərəfə daha aydın çatdırırsan və qarşı tərəfin mövqeyini daha yaxşı anlayırsan. Dünən Ermənistan Baş naziri bəyan etdi ki, təqdim etdikləri şərtlər əsasında razılaşma imzalamağa hazırdır. Lakin anlayırıq ki, bu formada müqavilə imzalanmır. Əgər bu məntiqlə çıxış etsək, o zaman biz oktyabrın 2-si Cenevrədə öz şərtlərimiz çərçivəsində müqavilə imzalamağa hazır idik”, – Azərbaycan XİN rəhbəri vurğulayıb

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95060