Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 625 $▼3.81%
  • Ethereum1 838 $▼4.64%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Ceyhun Hüseynzadəyə vəzifə verildi - FOTO

image-vezife-900x560-4-png-1732001704
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyəti sədrinə müavin təyin edilib.

Busaat.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, agentlikdən bildirilib ki, bu vəzifə Ceyhun Şirzad oğlu Hüseynzadəyə həvalə edilib.

Bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri olan Ceyhun Hüseynzadə iqtisadi inkişaf, layihələrin idarəedilməsi və strategiyaların hazırlanması sahəsində 10 ildən çox təcrübəyə malikdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (bakalavr) və “Bowling Green State University”nin (magistr) məzunu olan yeni sədr müavini müxtəlif illərdə Azərbaycan Mərkəzi Bankı, İslam İnkişaf Bankı Qrupu, “Paşa Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumdur. İKTA Azərbaycan Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə publik hüquqi şəxs statusu ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb. Qurumun nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.
image-1732000312_466739913_122195565392077578_4400507909299030793_njpg-1732001642

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=152582