Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.67 $▼4.11%
  • WTI neft82.58 $▼2.55%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.183 $▲0.66%
  • Qızıl3 772 $▼0.39%
  • Gümüş45.68 $▼0.29%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.75 ¢▼0.25%
  • Bitcoin64 612 $▼0.40%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Ceyhun Sultanov: "Futbolun inkişafı üçün Səudiyyə Ərəbistanı kimi etməliyik"

image-ceyhun-sultanov
Ceyhun Sultanov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bu gün futbolu inkişaf etdirmək üçün gücümüz çatan qədər onlar kimi etməliyik. Adlı-sanlı oyunçuları gətirməliyik”.

Busaat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ceyhun Sultanov Avropada bir sıra tanınmış futbolçuların Səudiyyə Ərəbistanına üz tutması barədə danışarkən deyib.

Hazırda menecer kimi fəaliyyət göstərən 44 yaşlı sabiq yarımmüdafiəçi bu amilin futbolun yüksəlişinə, azarkeşlərin stadionlara gəlməsinə təsir edəcəyini bildirib: “Ərəb ölkəsinin etdiyi tamamilə düzgündür. Onları dəstəkləyirəm. İnkişaf üçün ən önəmli addımlardan birini atırlar”.

Sultanov Səudiyyə Ərəbistanı klublarının yüksək maaş verməsi məsələsinə də toxunub: “Çox qısa və konkret danışmaq istəyirəm. Hazırda Avropadan həmin ölkəyə axın pula görədir. Əksər hallarda yaşı çox olan oyunçular oraya gedirlər. Biz də bu vəziyyətə düşsək, pulumuz olsa, eyni şeyi edə bilərik. FİFA nəyə görə yüksək məvaciblərə qadağa qoymalıdır? Bununla razı deyiləm. Hansısa ölkənin pulu varsa, öz futbolunu qaldırmaq istəyir və bu da düzgün addımdır. Məncə, FİFA buna heç bir şey edə bilməz, ixtiyarı da çatmayacaq. Çünki pul mənimdir, öz futbolumu qaldırmaq istəyirəmsə, bunu etməliyəm”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118144