Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalına qələbə ilə başlayıb

image-cimerlik-futbolubackend

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununa çıxıb.

Busaat.az-ın məlumatına görə, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv Türkiyə yığması ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Millimiz penaltilər seriyasında rəqibini məğlub edib – 3:1.

Qeyd edək ki, yığma II turda, sentyabrın 20-də Rumıniya ilə üz-üzə gələcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki