Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı çimərliklərinə zibil atan, ətraf mühiti çirkləndirənlərə qarşı mübarizəni gücləndirir.
Nazirlikdən xəbər verilib ki, qayda pozuntusu üzrə 1 000 manat cərimə nəzərdə tutulub.
Məlumatda, həmçinin qeyd olunub ki, qanun pozuntusu barədə nazirliyin “168” nömrəli qaynar xəttinə məlumat vermək də mümkündür.