Çin alimləri uça və üzə bilən dron prototipi hazırladı

image-752backend

Çin alimləri həm havada, həm də su altında hərəkət edə bilən pilotsuz uçuş aparatının (PUA) prototipini yaradıblar.

Busaat.az New Atlas-a istinadən xəbər verir ki, “TJ-FlyingFish” adlı PUA tam avtonomdur və insan müdaxiləsi olmadan işləyə biləcək.

Kvadrokopter dörd ikipilləli motor sistemi ilə təchiz edilib. Havada hərəkət etmək üçün dörd mühərrikin hamısı yuxarıya doğru yönəlir və maksimum sürətlə fırlanır. Suya dalmaq üçün onlar 180° əyilir və daha yavaş fırlanır, dronu suyun altında sürükləyirlər. Sualtı manevrlər üçün dron lazım olduqda mühərriklərin bucağını tənzimləyir.

Cihazı hazırlayan Çinin İntellektual Avtonom Sistemlər Tədqiqat İnstitutu, Tongji Universiteti və Honq Konq Universitetinin İnsansız Sistemlər Tədqiqat Qrupunun tədqiqatçıları “TJ-FlyingFish”in digər eksperimental akadronlardan daha yüngül olduğunu söyləyiblər. “TJ-FlyingFish”in çəkisi 1,63 kq, bir batareyanın doldurulması ilə havada cəmi altı dəqiqə qala bilir və suda 40 dəqiqəyə qədər işləmə müddəti var.

Bundan başqa, Honq-Konq Çin Universitetinin professoru Ben Çen iddia edir ki, dron tam avtonomdur və operatorun köməyinə ehtiyac duymur.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki