Çin kosmosa mülki astronavt göndərən ilk ölkə oldu

image-uzay4-1613110561backend

Çin bu gün Shenzhou-16 idarə olunan kosmik gəmisi ilə ilk mülki astronavtı kosmosa göndərib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Çin biri mülki olmaqla 3 astronavtı ölkənin şimal-qərb hissəsində, Qobi səhrasında yerləşən Jiuquan Peyk Atış Mərkəzindən Long March-2F daşıyıcı raketi ilə buraxılmış Shenzhou-16 (Müqəddəs Gəmi) ilə kosmosa göndərib.

Kosmik gəmi 10 dəqiqəlik uçuşdan sonra müəyyən edilmiş orbitdə uğurla oturub. Shenzhou-16 missiyası kosmik stansiyanın T şəklini almasından və “tətbiq və inkişaf mərhələsinə” qədəm qoymasından sonra ilk buraxılış missiyası kimi tarixə düşüb.

Məlumata görə, Beihang Universitetinin professoru Gui Haichao ölkənin kosmosa göndərilən ilk mülki astronavtı olub. Shenzhou-16 missiyasına təcrübəli astronavt Çju Yanzhu və Qui Hayçaonun müşayiəti ilə əvvəllər üç dəfə kosmosa göndərilmiş 56 yaşlı Jing Haipeng rəhbərlik edir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90