Çin Tayvana qarşı müharibəyə başlamağa hazırlaşır – Tayvanın XİN

image-tayvan-cin-1671502_2backend

Çinin Tayvan ətrafında keçirdiyi təlimləri pisləyirik.

Busaat.az xəbər verir ki, bunu Tayvanın xarici işlər naziri Cozef Vu CNN-ə açıqlamasında deyib.

“Hərbi təlimlərə və onların ritorikasına baxanda görürük ki, deyəsən, onlar Tayvana qarşı müharibəyə başlamağa hazırlaşırlar. Tayvan hökuməti Çin hərbi təhdidini qəbuledilməz bir şey kimi görür və biz bunu pisləyirik”, – Cozef Vu bildirib.

Tayvanın Çinin mümkün hərbi müdaxiləsinin vaxtı ilə bağlı hər hansı fikrinin olub-olmaması ilə bağlı suala Vu Tayvanın hazırlıqlara əmin olduğunu bildirib:

“Çin liderləri Tayvana qarşı güc tətbiq etmək qərarına gəlməzdən əvvəl iki dəfə düşünəcəklər. İstər 2025, istər 2027, istərsə də başqa vaxt, Tayvan hazır olmalıdır”, – Vu deyib.

Tayvanın dövlətlərarası əlaqələrinə də toxunan Vu, “Çin Tayvanın kimlə dostluq edəcəyini diktə edə bilməz və dostlarımıza Tayvanı necə dəstəkləyəcəyini deyə bilməz”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90