Çin və Honduras diplomatik əlaqələr qurur – KİV

image-file-photo-illustration-shows-china-and-taiwans-flagsbackend

Çinin xarici işlər naziri Qin Qang və onun honduraslı həmkarı Eduardo Enrike Reina Pekində səfirlər səviyyəsində diplomatik münasibətlərin qurulmasına dair birgə sənəd imzalayıblar.

Busaat.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

“İki ölkə hökumətləri suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, bir-birinə təcavüz etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yanaşı yaşamaq prinsiplərinə əsaslanan dostluq münasibətlərini inkişaf etdirmək barədə razılığa gəliblər”, – sənəddə deyilir.

Honduras hökuməti artıq Tayvanın Çinin ayrılmaz hissəsi olduğu “Vahid Çin” prinsipini tanıyıb.

Bazar günü səhər saatlarında Reuters xəbər verib ki, Tayvanın xarici işlər naziri Cozef Vu Hondurasın bu hərəkətinə cavab olaraq Hondurasla diplomatik əlaqələri kəsmək və oradakı səfirliyi bağlamaq qərarını elan edib.

Qeyd edək ki, şənbə günü Honduras Xarici İşlər Nazirliyi Tayvanla diplomatik əlaqələrin kəsildiyini elan edərək, hökumətin indi onu Çinin ayrılmaz hissəsi kimi tanıdığını qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90