
Cinayətkarı "Tarqovı"dakı evində gizlətdiyi deyilən şəxs DANIŞDI - VİDEO
Dünən sosial mediada yayılan məlumata görə, hadisəni törədən şəxsin “Sahra” ləqəbli cinsi azlıq nümayəndəsi, transgender qadının evində gizlənməsi iddia edilib.
Busaat.az xəbər verir ki, “Sahra” bildirib ki, yayılan informasiyanın heç bir əsası yoxdur.
“Hadisə mən yaşayan evin yaxınlığında baş verib. Amma mənim o şəxslərlə heç bir tanışlığım, əlaqəm olmayıb”.
O həmçinin qeyd edib ki, məlumatı dəqiqləşdirmədən paylaşan şəxsləri məhkəməyə verəcək.























