Çində zorakılığa məruz qalan Ramil Şeydayev DANIŞDI

image-resize-16backend

Azərbaycan millisi və Tailandın “Buriram Yunayted” klubunun üzvü Ramil Şeydayevin Asiya Çempionlar Liqasında “Zeyianq”a qarşı matçdan sonra rəqib futbolçular tərəfindən zorakılığa məruz qaldığı barədə xəbər vermişdik.

Busaat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, oyundan sonra R.Şeydayev Çin klubuna mesaj göndərib.

O instaqram hesabında paylaşım edib: “Mən hələ də burdayam, “Zeyianq”. Sadəcə ünvanı göndər”.

Qeyd edək ki, Çində baş tutan matç rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra hər iki klubun futbolçuları arasında kütləvi dava düşüb. Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki