Birləşmiş Ştatlar Vahid Çin prinsipini təhrif edir, Tayvanı silahla təmin edir və adaya yüksək rütbəli məmurlar göndərir ki, bu da Tayvan boğazında gərginliyi daha da artırır.
Busaat.az xəbər verir ki, bunu Çin Dövlət Şurasının üzvü, Çinin Müdafiə naziri Vey Fenqe Pentaqon rəhbəri Lloyd Ostin ilə görüşündən sonra keçirdiyi brifinqdə deyib.
“Müəyyən bir müddət ərzində Birləşmiş Ştatlar “Vahid Çin” prinsipini davamlı olaraq zəiflətdi, viran etdi və təhrif etdi, Tayvana dəfələrlə silah verdi, Tayvan ordusunun təliminə kömək etdi və adaya yüksək rütbəli məmurlar göndərdi ki, bu da vəziyyəti daha da ağırlaşdırdı. İndi Tayvan boğazında gərginlik var” – deyə, çinli hərbçi bildirib.
Qeyd edək ki, iki ölkənin müdafiə nazirləri arasındakı görüş noyabrın 21-23-də Kambocanın Siem Reap şəhərində keçirilən ASEAN Müdafiə Nazirlərinin Görüşü (ADMM) və dialoq üzrə tərəfdaşlarla geniş tərkibdə görüş çərçivəsində baş tutub.
Əlavə edək ki, Tayvan 1949-cu ildən bəri yerli administrasiya tərəfindən idarə olunur. Vaşinqton 1979-cu ildə Tayvan ilə əlaqələri kəsərək Çinlə əlaqələr qurub. Birləşmiş Ştatlar Vahid Çin siyasətini tanımaqla yanaşı, Tayvan administrasiyası ilə əlaqələri davam etdirir və adaya silah tədarük edir.