Çinə gündəlik qaz ixracının tarixi rekordlarına çatdıq – Qazprom

image-839863eaf410a600730e99497abeba65backend

Qazprom 2023-cü ilə “Sibirin Gücü” qaz kəməri ilə Çinə gündəlik qaz ixracının yeni tarixi rekordları ilə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə şirkətin Telegram kanalı xəbər yayıb.

Yanvarın 1-dən şirkət 2023-cü il üçün müqavilədə nəzərdə tutulmuş gündəlik tədarüklərin prinsipial olaraq yeni səviyyəsinə çatıb.

Artıq yanvarın 1-də və 3-də “Qazprom” bu həddi keçib (3 yanvar – 0,45%).

Qeyd edək ki, tədarük Qazprom və Çinin CNPC şirkəti arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki