CinemaPlus adını dəyişdi – CineMastercardı tanıyaq…

image-image_750x_65d7649373119backend

CinemaPlus kinoteatrlar şəbəkəsi rebrendinq edib.

Respublikainfo.com xəbər verir ki, artıq bu gündən CineMastercard adı altında fəaliyyət göstərəcək.

CinemaPlus şəbəkəsinə 9 kinoteatr, 50+ ekran və 5000+ oturacaq daxildir.

Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.

Kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi “Platinum Movie Suites” konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan və ispan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkiləri sifariş etmək imkanı yaradır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki