ÇL-də 1/8 finalın püşkü atılır

ÇL-də 1/8 finalın püşkü atılırbackend

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Busaat.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkatmada iştirak edəcək 16 komanda iki səbətə bölünüb. Qrup mərhələsinin 8 qalibi səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcək.

bit.ly

Daha ətraflı

1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final

Səpələnmişlər

Bavariya (Almaniya)

Mançester Siti (İngiltərə)

Liverpul (İngiltərə)

Çelsi (İngiltərə)

Borussiya (Dortmund, Almaniya)

Yuventus (İtaliya)

PSJ (Fransa)

Real (İspaniya)

Səpələnməmişlər

Portu (Portuqaliya)

Atalanta (İtaliya)

Sevilya (İspaniya)

Latsio (İtaliya)

Barselona (İspaniya)

Leyptsiq (Almaniya)

Atletiko (İspaniya)

Borussiya (Münhenqladbax, Almaniya)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90