
ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu
Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Busaat.az xəbər verir ki, bu gün daha 9 matç keçirilib.
Turnirdəki təmsilçimiz “Neftçi” Gürcüstanda Tbilisi “Dinamo”sunun qonağı olub. Oyun Samir Abasovun komandasının qələbəsi ilə başa çatıb – 2:1. Eyni saatda başlayan digər oyunda millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) Norveçdə “Bude Qlimt”in qonağı olub. “Legiya”nın 3:2 hesabı ilə qalib gəldiyi oyunda Emreli dubl edib.
7 iyul
Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
20:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – “Neftçi” (Azərbaycan) – 1:2
20:00. “Bude Qlimt” (Norveç) – “Legiya” (Polşa) – 2:3
21:00. “Slovan” (Bratislava, Slovakiya) – “Şemrok Rovers” (İrlandiya) – 2:0
21:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Valür” (İslandiya) – 3:2
21:00. “Lüdoqorets” (Bolqarıstan) – “Şaxtyor” (Soliqorsk, Belarus) – 1:0
21:00. “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) – 1:1
21:00. “Teuta” (Albaniya) – “Şerif” (Moldova) – 0:4
21:00. “Malmö” (İsveç) – “Riqa” (Latviya) – 1:0
22:00. “Konnas-Ki Nomads” (Uels) – “Alaşkert” (Ermənistan) – 2:2
Qeyd edək ki, mərhələnin cavab oyunları 13-14 iyulda keçiriləcək.























