Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.37 $▼3.35%
  • WTI neft83.23 $▼1.78%
  • Avropa qazı (TTF)82.65 €▼3.31%
  • Təbii qaz (ABŞ)3.187 $▲0.79%
  • Qızıl3 784 $▼0.09%
  • Gümüş45.80 $▼0.02%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda601.25 ¢▼0.66%
  • Bitcoin64 550 $▼0.50%
  • Ethereum1 811 $▼0.64%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

ÇL-in qrupunda oynayacaq 29 komanda artıq bəllidir - Sabah püşkatmadır

image-uefa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sabah 2021/22 mövsümü UEFA-nın Çempionlar Liqası yarışında qrup mərhələsinin tərkibi müəyyənləşəcək.

Busaat.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 20.00-da İstanbulda keçiriləcək mərasimdə başlayacaq. Tədbiri veteran futbolçular Andrey Arşavin və Maykl Essyen aparacaq. Səbətlər püşkatmadan əvvəl təsdiqlənəcək.

32 klubun yer alacağı yarışın bu mərhələsində hər birində 4 komanda olmaqla 8 qrup formalaşacaq.

Qeyd edək ki, yarışda mübarizə aparacaq 32 komandadan 26-sı qrupa birbaşa vəsiqə əldə edib. Digər 6-sı isə təsnifat/pley-pff mərhələləri vasitəsi ilə müəyyənləşir. Dünən qrupların daha 3 iştirakçısı da bilinib. Sonuncu 3 iştirakçı isə bugünkü pley-off matçlarından sonra dəqiqləşəcək.

ÇL-in qrupunda iştirakı dəqiqləşən 29 komanda

İngiltərə: “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul”, “Çelsi”

İspaniya: “Atletiko”, “Real”, “Barselona”, “Sevilya”, “Vilyareal”

İtaliya: “İnter”, “Milan”, “Atalanta”, “Yuventus”

Almaniya: “Bavariya”, “RB Leyptsiq”, “Borussiya” Dortmund, “Volfsburq”

Fransa: “Lill”, “Pari Sen-Jermen”

Portuqaliya: “Sportinq”, “Portu” , “Benfika”

Rusiya: “Zenit”

Belçika: “Brügge”

Ukrayna: “Dinamo” Kiyev

Niderland: “Aəks”

Türkiyə: “Beşiktaş”

İsveçrə: “Yanq Boyz”

İsveç: “Malmö”

Daha 3 iştirakçı isə bu gün keçiriləcək pley-offun aşağıda qeyd edilən cavab oyunlarından sonra müəyyənləşəcək:

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Monako” (Fransa)
İlk oyun – 1:0

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şerif” (Moldova)
İlk oyun – 0:3

“Bröndbü” (Danimarka) – “Zalsburq” (Avstriya)
İlk oyun – 1:2

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=55820