“Çocuklar Duymasın” serialında “Seyyar Tayyar” obrazı ilə tanınan usta aktyor Muhammed Emin Gümüşkaya 77 yaşında vəfat edib.
Busaat.az bildirir ki, xəbəri aktyorun həmkarı Zafer Algöz sosial şəbəkədə paylaşıb.
Aktyor Məhəmməd Emin Gümüşkaya ağciyər çatışmazlığı səbəbilə Pendikdə özəl xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Emin Gümüşkaya 10 yanvar 1948-ci ildə İstanbulda anadan olub. Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirib. Aktyorluq karyerasına 1985-ci ildə Bay Alkide rolunu oynamaqla başlayan Gümüşkaya xüsusilə 2010-cu ildə “Çocuklar Duymasın” serialında canlandırdığı Seyyar Tayyar obrazı ilə tamaşaçıların rəğbətini qazanıb və sevilən sənətçilərdən biri olub.