COVID-19 telefon bazarını “vurdu” – VİDEO

COVID-19 telefon bazarını “vurdu” – VİDEObackend

Koronavirusa görə bir çox dövlətlərin Çinlə sərhədləri bağlaması və ixracatın minimuma endirilməsi Azərbaycan bazarlarına da öz təsirini göstərib. Bu əsasən mobil telefon bazarında müşahidə olunur. Çin istehsalı olan telefonların ya bahalaşdığını, ya da azaldığını görmək mümkündür.

ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

İqtisadçı Rəşad Həsənov bildirib ki, indiki halda Azərbaycan hökuməti Çindən idxal olunan, əsasən ərzaq məhsullarının daxil olduğu bir sıra mal namenklaturaları üzrə məhdudiyyətlər tətbiq edib:

“3 mindən artıq məhsul növünə məhdudiyyət tətbiq edilir. Təbii ki, son nəticədə bu məhsulların Azərbaycan bazarında qiymətinin bahalaşması müşahidə olunacaq”.

Ekspertlər vətəndaşlara bu ərəfədə Çin məhsullarına qarşı daha ehtiyatlı davranmağı və zərurət olmadığı təqdirdə istehlak etməməyi tövsiyə edir. Belə olduğu halda Çindən idxal olunan məhsulların bahalaşması nisbətən azala bilər.

R.Həsənov onu da əlavə edib ki, istehlakçı Çindən gətirilən məhsulları istehlak etmirsə, alternativ bazarlardan idxal olunan məhsulları almalıdır. Çini əvəzləyən bu alternativ bazarlara Türkiyə, Rusiya və yaxud Şərqi Avropanın bəzi ölkələrini daxil etmək olar.

Qeyd edək ki, keçən il Çindən Azərbaycana idxal olunan mal və xidmətlərin ümumi dəyəri təxminən 1.4 milyard dollar olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90