Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft88.80 $▼1.39%
  • WTI neft82.07 $▼1.11%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.676 $▲13.77%
  • Qızıl3 541 $▲0.23%
  • Gümüş41.17 $▼0.46%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.50 ¢▲0.04%
  • Bitcoin59 293 $▼4.23%
  • Ethereum1 635 $▼6.86%
  • S&P 5007 039▼1.93%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Texnologiya

“Bakcell” süni intellekt təlimi TƏŞKİL ETDİ

image-0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İnnovasiya və sürət lideri “Bakcell” media nümayəndələrinə “Süni intellektin iş mühitində tətbiqi” mövzusunda növbəti təlim təşkil edib.

Busaat.az xəbər verir ki, Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü çərçivəsində keçirilən tədbirdə 50-dən çox media nümayəndəsi iştirak edib.

Təlimin əsas məqsədi jurnalistləri süni intellekt sahəsində ən son trendlər ilə tanış etmək, dəyişən dünyada innovasiya və son dövr yeniliklərin mediada tətbiqi ilə bağlı praktik tövsiyələr vermək olub. Təlim zamanı süni intellektin telekommunikasiyada rolu və “Bakcell”in süni intellekt əsaslı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar süni intellektin  kommunikasiya sahəsində istifadəsinə dair əhatəli biliklər qazanıblar.


Bu təşəbbüs “Bakcell”in innovasiya və süni intellekt strategiyası çərçivəsində rəqəmsal həllərin cəmiyyət üçün faydaya çevrilməsi istiqamətində atdığı ardıcıl
və məqsədyönlü addımların növbəti nümunəsidir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 





MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164132