Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Kriminal
Kriminal xəbərləri, kriminal haqqında, kriminal vəziyyət, kriminal məsələlər.
Bakıdakı “Təfəkkür” Universitetinin 12 il əvvəl qətlə yetirilmiş prorektoru Tariyel Əhmədovun qəsdən öldürülməsi cinayəti üzrə sensasiyalı məlumat açıqlanıb.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
İtkin düşən şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.
Bakının Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80 min manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Anasını öldürdüyü üçün aldığı 15 illik həbs cəzasını bitirib geri dönən 39 yaşlı Hüseyn Abbasov gələr-gəlməz bu dəfə 34 yaşlı bacısı Səbinə Abbasovanı qətlə yetirib.
Abşeronda gözəllik salonunda oğurluq olub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qubada keçmiş arvadını baltamaqda təqsirləndirilən Elşən Muradovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
Külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (Mahir Ay Brat) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı Ziya Mansurovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Azərbayanda 10 şirkət yaradıb külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınan şəxs - Qasımov Natiq Şərəddin oğlu 7 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror Aytac Əliyevanın 9 il, bacısı İlknur Turkutun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin 42 milyon manatdan çox zərərvurma faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq davam edir.
Noyabrın 13-də polis əməkdaşları paytaxt və rayonlarda 1 ədəd avtomat, 10 ədəd müxtəlif markalı ov tüfəngi, 2 patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Noyabrın 13-nə keçən gecə Binəqədinin Matadrom yaşayış massivində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
2022-ci il noyabrın 11-də Bakının Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində 1984-cü il təvəllüdlü Sevinc Müseyibova qətlə yetirilib.
İki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
12 il əvvəl 37 yaşlı iş adamını sifarişlə qətlə yetirməkdə ittiham olunan Əhəd Salahovun cinayət işi üzrə məhkəmə araşdırması gedir.
Bakıda evlərdən 15 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev saxlanılıb.
Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyib.
Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) ötən gün Bakıdakı parkların birində döyülüb.
