Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.15 $▲1.49%
  • WTI neft89.04 $▲1.29%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.118 $▼1.30%
  • Qızıl3 864 $▼0.24%
  • Gümüş47.39 $▼0.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.50 ¢▲0.34%
  • Bitcoin64 514 $▼1.23%
  • Ethereum1 806 $▼1.53%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Kriminal

Keçmiş arvadını baltalayan şəxsə 14 il HƏBS CƏZASI

image-hebs2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qubada keçmiş arvadını baltamaqda təqsirləndirilən Elşən Muradovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Busaat.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd: Bu il aprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib sonuncunun yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradovanın stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İttihama görə, o, arvadını qısqanclıq zəminində öldürməyə cəhd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127920