Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.73 $▼2.67%
  • WTI neft88.55 $▲0.24%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.099 $▼1.87%
  • Qızıl3 865 $▼0.12%
  • Gümüş47.44 $▲0.24%
  • Pambıq81.40 ¢▲3.10%
  • Buğda588.50 ¢▲0.30%
  • Bitcoin64 332 $▼1.51%
  • Ethereum1 799 $▼1.92%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Kriminal

Natiq Qasımov həbs edildi

image-1698905743_1694178507-1655448309_hebs
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbayanda 10 şirkət yaradıb külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınan şəxs – Qasımov Natiq Şərəddin oğlu 7 il müddətinə azadlıqdan məhrum edilib.

Busaat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Vətəndaş eyni zamanda bir neçə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınaraq müxtəlif müəssisələrin rəhbəri kimi fəaliyyət göstərib. Belə ki, o, 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Biznes-Qrup” MMC və “Toodor-2017” MMC-nin, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Texniki Kompleks 2016” MMC və “Alyans Təminat” MMC-nin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Life LT” MMC və “Lezko-BB” MMC-nin, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Bizness-Elit” MMC, “İSB Country” MMC və “MTS-2015” MMC-nin, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan “Kristal LTD” MMC-nin faktiki rəhbəri olub.

N.Qasımovun digər şəxslərlə birgə rəhbərlik etdiyi 10 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1,5 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, onun Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin əvvəllər də eyni əməli törətdiyinə görə məhkəmənin hökmü ilə təqsirli bilinərək həbs olunduğundan və hazırda cəza çəkdiyindən barəsində qətimkan tədbiri seçilməyib.

Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Baş Prokurorluğa təqdim olunub, oradan isə baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin 5 avqust 2023-cü il tarixli hökmü ilə N.Qasımov Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Əvvəlki hökmü də nəzərə alınmaqla, ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127853