Cüdo yığmamız Avropada medal uğrunda mübarizə aparacaq

image-cudobackend

Azərbaycanın yeniyetmə cüdoçuları Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropa çempionatında iştirak edəcəklər.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, qitə birinciliyində ölkəmizi ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi yarışlarda təmsil edəcək.

Yığma turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Oğlanlarlar arasında Anar Quliyev, İbrahim Talıbov (hər ikisi 50 kq), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov (60 kq), Əli Hümbətov (66 kq), Səid Şərifov, Ayxan Həsənli (hər ikisi 73 kq), Səid Hüseynov (90 kq) və Sübhan Axundov (90 kq+) fəxri kürsüyə yüksəlməyə çalışacaqlar.

Qarışıq komanda yarışında Abdullah Rəhmətov (81 kq), Tunar Fərzəliyev (90 kq+), qızların mübarizəsində Mədinə Hüseynova (40 kq), Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi 44 kq), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq) və Məsumə Məmmədli (70 kq) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarış iyunun 26-dan 29-dək davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki