Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 450 $▲0.53%
  • Ethereum1 794 $▲1.44%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Dağıntı altında qalmış Şahin Vəliyevin anası danışdı: “Oradadır amma ...”

image-sahin771676014630
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Malatyada itkin düşən azərbaycanlı tələbələrdən biri – Şahin Vəliyevin cansız bədəninin dağıntılar altından çıxarıldığına dair məlumatlar yayılıb. Məlumatın dəqiqliyini yoxlamaq üçün Şahinin anası Esmira Vəliyeva ilə əlaqə saxlanılıb.

Busaat.az xəbər verir ki, E.Vəliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Dağıntılar altında qaldıqları ehtimal edilən dörd tələbə bir otaqda yaşayırdı. Onlar həm də qrup yoldaşı idilər. Mənim qardaşım oradadır, Gündüz adlı oğlanın atası oradadır. Mütəmadi əlaqə saxlayıram. Hələ oradakı beton örtükləri dağıdıb aşağıya enə bilmirlər. Bu yalan xəbərləri yayanlar bir az bizi düşünsünlər. Oxuyandan özümə gələ bilmirəm. Ölümlə bağlı dəqiq məlumat olsaydı, rəsmi qurumlardan əlaqə saxlayardılar, heç kim bizimlə əlaqə saxlamayıb, elə məlumat yoxdur. Axtarışlar davam etdirilir”.

Qeyd edək ki, Gəncədən olan Şahin Vəliyevin evi Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə atdığı raket atəşləri zamanı dağılmışdı.

Xatırladaq ki, Şahin Vəliyevin ölməsi barədə məlumatı onun müəlliməsi sosial şəbəkə hesabında paylaşmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100138