Türkiyə ordusu İraqın şimalında həyata keçirdiyi Pəncə-Şimşək əməliyyatı çərçivəsində daha 3 PKK terroçusunu zərərsizləşdirib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əməliyyatın PKK mövqelərinə aid bir mağarada həyata keçirildiyi bildirilib.
Mağaradakı axtarış nəticəsində 2 “Zagros” snayper tüfəngi, 2 AK-47 avtomatı, 2 ədəd 7,62 mm çaplı PKMS pulemyotu, 35 qumbara, 2 RPG-7 qumbaraatan, 1 “Doçka” pulemyotu və sursat aşkarlanaraq götürülüb.