Daha bir ağırlıqqaldıranımız medal qazandı – Avropa çempionatı

image-atletikabackend

Azərbaycanın daha bir ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qızıl medal qazanıb.

Busaat.az xəbər verir ki, 102 kq çəki dərəcəsində mübarizə aparan Dadaş Dadaşbəyli birdən qaldırmada 177 kq-ı başı üzərinə qaldırıb və bütün rəqiblərini üstələyərək birinci yeri tutub.

Təkanla qaldırmada 202 kq ağırlığın öhdəsindən gələn idmançı bu hərəkətdə 7-ci olub.

Ümumilikdə 279 kq (177+202) nəticə göstərən Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.

Yığmanın digər üzvü Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə ilə 13-cü yerlə kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (59 kq) Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.

e95e2229 cecf 3851 bf19 bf9e48be61b8ab32d81e 13e4 3a46 968e b68d8fbdce6491990429 1498 3a37 8b1e 7d7543a4a687065d0967 2917 322a ac5f 4969357b8823bec0aef2 91fa 39ad 9e04 0418fd787c37


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki