“Qarabağ” daha bir aparıcı futbolçusu ilə vidalaşır.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina qardaş ölkənin “Çaykur Rizespor” klubu ilə anlaşıb.
Məlumata görə, 30 yaşlı futbolçu “Qarabağ”ın “Linkoln”la Çempionlar Liqası matçından sonra müqavilə imzalamaq üçün Türkiyəyə yola düşəcək.