Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.27 $▼0.59%
  • WTI neft88.31 $▼0.28%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.159 $▼2.20%
  • Qızıl3 875 $▼0.29%
  • Gümüş47.48 $▼3.35%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.75 ¢▼1.10%
  • Bitcoin64 720 $▼0.91%
  • Ethereum1 816 $▼1.03%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Kriminal

Daha bir zabit hakim qarşısına çıxarılır - 9 milyonluq mənimsəmə

image-mehkeme-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Busaat.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

İşi Rafiq Abbasovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

İttihama görə, R.Məlikzadə vəzifə saxtakarlığına yol verərək 9 milyon 369 min manat mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dövlətə dəymiş 143 milyon manatdan çox ziyan dəyib. Əməliyyatla həbs edilən bir sıra zabitlərin məhkəməsi davam edir.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129115