Busaat.az xəbər verir ki, “Leyptsiq”in yarımmüdafiəçisi Dani Olmo Almaniya Superkubokunda “Bavariya” üzərində qələbədən (3:0) danışıb.
“Bu, inanılmaz bir performans idi. Biz çox iş görmüşük və çox yaxşı qərarlar qəbul etmişik. Mövsümə başlamaq üçün Münhendə qələbə qazanmaqdan daha yaxşı yol yoxdur.
Bu oyundan topu mütləq evimə aparacam, gözəl xatirə olacaq. Bizim böyük potensiala malik gənc komandamız var və biz çempionluğu qazanmaq istəyirik. Davamlı olaraq yaxşı çıxış etsək, nəyə nail ola biləcəyimizi görəcəyik “, – Olmo spyləyib.
Qeyd edək ki, bu görüşdə ispaniyalı yarımmüdafiəçi Dani Olmo het-trik edib.
Xatırladaq ki, Marko Rouz “Leyptsiq” baş məşqçisi kimi ikinci kubokunu qazanıb. Ötən mövsümün sonunda sözügedən klub Almaniya kubokunun qalibi olub.