Azərbaycanın stolüstü tennisçiləri Onur Quluzadə ilə Yağmur Məmmədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “WTT Youth Contender” turnirində fəxri kürsüyə qalxıblar.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, milli üzvləri qarışıq-qoşa yarışında bürünc medal qazanıblar.
Qeyd edək ki, mayın 28-də start götürən yarışa mayın 31-də yekun vurulacaq.