David de Xea “Bavariya”ya keçə bilər

image-david-de-xeabackend

“Mançester Yunayted”in  ispaniyalı qapıçısı David de Xea “Bavariya”ya keçməyə çox yaxındır.

Busaat.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “Twitter” səhifəsində yazıb.

Mənbənin sözlərinə görə, klub “Mançester Siti”nin qapıçısı Stefan Orteqa ilə razılaşmasa, “Bavariya”ya əsas namizəd De Xeadır. Şəxsi şərtlər De Xea və Münhen klubu üçün problem olmayacaq.

2022/2023 mövsümündə ispaniyalı qapıçı “Mançester Yunayted”in heyətində bütün yarışlarda 58 oyuna çıxıb. Futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi bu il iyunun sonunda başa çatır. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər. Transfermarkt internet portalına görə sözügedən  futbolçunun təxmini dəyəri 13 milyon avrodur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90