Canni de Byazi Azərbaycan millisi ilə yolları ayıra bilər.
Busaat.az xəbər verir ki, bu informasiyanı Yunanıstanın “Live Sport” nəşri yayıb. İtaliyalı mütəxəssis adı çəkilən ölkənin yığmasında baş məşqçi postuna namizədlərdən biridir. Yunanıstan Futbol Federasiyası (EPO) de Byazinin namizədliyini nəzərdən keçirir. Qurum rəsmiləri onun komandaya yenidən əvvəlki əzəmətini qaytarmaq bacarığında olduğunu fikirləşirlər.
Qeyd edək ki, italiyalı mütəxəssis dekabrın 2-də Azərbaycan millisi ilə 10 aylıq müqavilə imzalayıb. Lakin mənbə vurğulayır ki, o, bu sazişi pozmağa hazırdır.
Offsideplus.az