Məzmuna keç
  • Brent neft92.93 $▼2.46%
  • WTI neft88.65 $▲0.35%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.111 $▼1.49%
  • Qızıl3 865 $▼0.13%
  • Gümüş47.47 $▲0.32%
  • Pambıq81.40 ¢▲3.10%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin64 504 $▼1.24%
  • Ethereum1 805 $▼1.61%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Dədə Süleymanın küçədə qalan oğlu: “Bacım atamdan qalan mülkləri ələ keçirdi”

image-716c2bc2-07cf-40f2-b9d9-688fa2821f25
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Əməkdar artist Süleyman Abdullayevin oğlu Cümşüd efirə çıxaraq bacısı Aygün Abdullayevanın atasından qalan mülkləri ələ keçirdiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, “Bizimləsən” ictimai-sosial verilişə gələn Cümşüdün sözlərinə görə, 2019-cu ildə həbsdə olarkən bacısı onu aldadaraq etibarnaməyə imza atdırıb:

“Bir telefon nömrəm var. Həbsə düşəndə bu nömrəyə pul keçirtmədiklərinə görə bağlandı. Bacıma dedim ki, bir nömrəm var və hamı o nömrəmi bilir. O söylədi ki, etibarnamə ver ki, bu nömrəni yenidən sənə geri qaytaraq. Mənə isə əsas etibarnamə təqdim etdilər. Hansı ki, imza atdıqdan sonra bütün varidat başqa birinin adına keçir.

Yəni bir nömrəni addan ada keçirib açmaq üçün verdiyim əsas etibarnamə ilə bütün varidatın həll olunmasına özüm qol çəkdim. Bu əsas etibarnaməni mən cəzaçəkmə müəssisəsində 2019-cu ildə verdim. Mənə dedi ki, bu etibarnaməni telefon nömrənə görə alırıq. Mən də bilmədim, heç oxumadım o etibarnamədə nə yazılıb.

Bir-bir imza atdım o sənədlərə. Bütün varidat – evlər, torpaqlar, mülklər… Bilmirəm həmin əsas etibarnamə neçə illik idi. Deyəsən bir illik idi. Bacımın adına verdim o əsas etibarnaməni ki, getsin telefon nömrəmi açsın”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127262