Deputat: “Ermənistanın atəşkəsi yenidən pozmasının əsas səbəbi sülh danışıqlarına əngəl törətməkdir”

image-naqif-hemzeyevbackend

“Heç kəsə sirr deyil ki, Ermənistan tərəfi mütəmadi olaraq dezinformasiyalar yayır. Hər dəfə atəşkəsi özləri pozsalar da, çox təəssüflər olsun ki, törətdikləri bu təxribatı Azərbaycan tərəfinin üstünə atmaq istəyirlər. Artıq bununla bağlı Azərbaycanın aidiyyatı qurumları tərəfindən rəsmi açıqlama verilib. Biz tam dəqiq məlumat əldə etdik ki, Zod istiqamətində Kəlbəcər ərazilərini ermənilər atəşə tuturlar. Onlar pilotsuz uçan aparatlardan (PUA) və digər silahlardan istifadə edərək bu təxribatı törədiblər. Ancaq Azərbaycanın Silahlı Qüvvələri hər zamankı kimi, bu gün də erməni təxribatlarının qarşısını məharətlə alıblar”.

Bu fikri Busaat.az-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistan tərəfinin yaydığı dezinformasiyanı şərh edərkən bildirib.

“Mən düşünürəm ki, Ermənistanın atəşkəsi yenidən pozaraq təxribata cəhd etmələrinin əsas səbəbi sülhlə bağlı danışıqlar prossesinə əngəl törətmək və Azərbaycana müxtəlif istiqamətdə təzyiqlərin artırılmasına nail olmaq, xüsusilə də Avropa İttifaqının müşahidə missiyasının diqqətini yenidən bu prossesə cəlb etmək, onların Ermənistan ərazisində şərti Azərbaycan sərhəddində daha uzun müddət qalmalarını təmin etməkdir”, – N.Həmzəyev söyləyib.

Deputat bildirib ki, bununla bağlı Azərbaycanın əlində yetərincə faktlar və sübutlar var. Ermənistan tərəfi nə qədər dezinformasiya yaysa da, onlar öz istəklərinə çata bilməyəcəklər. Azərbaycan Ermənistan tərəfindən törədilmiş bütün təxribatları zamanında və layiqincə dəf etmək gücündə və iqtidarındadır. Ancaq hər dəfə baş verən bu cür təxribatlar Ermənistanın ziyanına işləyir, onlar üçün daha ağır nəticələrə gətirib çıxarma ehtimalını artırır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki