Deputat əsəbləşdi: “Ölkəni biabır etməyin”

image-razibackend

“İran danışır, cavabını da alır”.

Busaat.az xəbər verir ki, bunu cəmiyyətdə Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinin tənqid olunmasına münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat hesab edir ki, sözügedən gözdən salınma kampaniyası Azərbaycan xalqına xidmət deyil, əksinə dövlətçiliyə vurulan zərbədir:

“Ölkənin dini rəhbərinə bu cür münasibət göstərmək ölkəmizi hörmətdən salmaqdır, xalqımızın dilini gödək etməkdir. İran Azərbaycana dişini qıcayıb, ağlına və ağzına gələni danışırsa, bunun Şeyxülislama nə dəxli var? İran danışır, cavabını da alır. Qafqazın Şeyxülislamı hər kəsə qoşulub İrana hücum etməli deyil. Heç bir ölkədə öz dini rəhbərinə bu qədər qərəz yoxdur.  Bunu edənlər ölkəyə, dövlətə qarşı düşmənçilik aparır. Ölkəni biabır etməyin, dünyanı özünüzə güldürməyin”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90