Deputat Ramiz Ramazanov OĞURLANDI  – FOTO

image-16194402521388447backend

“Günorta (8 dekabr -Red.) saat 12 radələrində , Yuxarı Orzuman məktəbinin qarşisinda qara ” Mercedes” markalı avtomobildən düşən mülkü geyimli şəxslər Ramiz Ramazanovla söhbət etdikdən sonra onu naməlum yerə apariblar”.

Busaat.az  xəbər verir ki, bunu ictimai fəal Elmar Həsənli sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, müxalif “Vahid Milli Hərəkat”ın Dmanisi Bələdiyyə Məclisinin üzvü R.Ramazanov qaçırılıb.

O, qeyd edib ki, hələdə onun ailəsi rəsmi və qeyri rəsmi məlumat ala bilməyib.

Bundan əlavə, Dmanisi Bələdiyyə Məclisinin müxalifəti hökuməti şantaj və təhdiddə ittiham edir.

Belə ki, Dmanisi Bələdiyyə Məclisində müxalifət və hökumətin 15 deputatı var. Növbəti iclas cümə gününə təyin edilib. Dmanisidə birinci sessiya uğursuz olub və Bələdiyyə Məclisinə sədr seçilə bilməyib, bu dəfə də eyni şey olsa, rayonda yeni seçkilər təyin olunacaq.

“Onun özü mənə dedi ki, elə vəziyyətə düşmüşəm ki, ya içəri girməliyəm, ya da intihar etməliyəm, sonra onunla əlaqə kəsildi”, -deyə R. Ramazanovun komanda yoldaşlarından biri “Mtavari”yə müsahibəsində deyib.

image-seventimes_142eaf47e11ab4c9e15c575ea841b3af_kj2whxp8l1basqtfn4o3-628x403

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki