Deputatdan parlamentdə SƏRT ÇIXIŞ – Hökumətə müraciət edildi

image-meclis1backend

“Gəncədə su qıtlığı ilə əlaqədar gərgin vəziyyət yaranıb. Bununla bağlı hökumətə müraciət etmək istəyirəm. Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır. Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı, 100-150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur”.

Busaat.az  xəbər verir ki, bunu Milli Məclisin iclasında komitə sədri Musa Quliyev çıxışı zamanı deyib.

O bildirib ki, bir çox məhəllədə evlərə gündə cəmi 2 saat su verilir: “Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxardılar ki, şəhərin su-kanalizasiya sistemi yenidən qurulur. 2011- ci ildə “Azərsu” ASC- nin başladığı layihənin indiyədək cəmi 42%- i icra olunub. 200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq, nəticə yoxdur. Əslində nəticə var: bu qazıq-qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan, keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığı. Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu il yanvarın 1-dən dayandırılıb. Bu, xalqa və dövlətə qarşı cinayətdir”.

Musa Quliyev qaldırdığı bu məsələyə dair Hesablama Palatasına səslənib: “Bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü araşdırın. Baş Prokurorluğa müraciət edirəm. Yoxlayın, aydınlaşdırın, bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir. Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000-ə yaxın fərdi yaşayış evi tikilib. Heç birinin də su-kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusunun qazılmasına ehtiyac olduğu halda bu il cəmi 1 artezian quyusunun qazılması nəzərdə tutulur. Mən hökumətə müraciət edirəm. Cənab baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90