Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 923 $▲0.25%
  • Ethereum2 244 $▲0.38%
  • S&P 5007 377▲0.27%
17°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

"Dərslər tam ənənəvi qaydada keçilə bilməz" - Ekspert rəyi

image-44742101_2238339173053745_2253804545505230848_n_813-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Pandemiya dövrünün davam etdiyi bir şəraitdə ali təhsil müəssisələrində tam ənənəvi tədrisin tətbiqi tələbə sıxlığına səbəb ola bilər”.

Bu sözləri bəzi ali və orta ixtisas təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı yaranan qarışıq vəziyyəti təhlil edən təhsil eksperti Adil Vəliyev Busaat.az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, karantin qaydaları yumşaldılsa da, tədrisin təşkilində müəyyən məhdudiyyətlərin yaşanması gözlənilən idi:

“Hazırda ölkəmizdə pandemiya yumşalmış formada davam edir. Təhsil sahəsinin  ənənəvi formada davam edilməsinə qərar verilməsinə baxmayaraq, bəzi universitetlər buna riayət edə bilmir. Bu, gözlənilən hal idi. Çünki universitetlərdə oxuyan tələbələr say etibarı ilə bir-birindən fərqlənir. Bakı Dövlət Universiteti və ya Tibb Universitetində tam olaraq onlayn və ya ənənəvi şəkildə tədrisin davam etdirilməsi asan olmaz. Bunun üçün ən yaxşı halda həftənin altı günü universitet işləməli, həftənin müəyyən günlərinə görə mühazirə və məşğələ dərsləri müəyyən olunmalıdır. Təəssüf ki, dərslər tam olaraq ənənəvi qaydada keçilə bilməz. Ona görə ki, pandemiya şəraitində mümkün qədər  tələbə sıxlığının qarşısı alınmalıdır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59618