“Deyirlər, artıq çəkilisən deyə, xəyanəti bağışlayırsan” – VİDEO

image-resize-34backend

Əməkdar artist Xuraman Əlizadə kişilərin xəyanəti haqda fikirlərini bölüşüb.

 Busaat.az xəbər verir ki, bu barədə o, qonaq olduğu “Günaydın, Azərbaycan!” səhər verilişində danışıb.

Aktrisa kişilərin böyük əksəriyyətinin xəyanət etdiyini iddia edib:

“Həyatda da ər-arvad arasında xəyanət ola bilər. Ərimin xəyanətini gözümlə görməmişəm. Elə bir şeylər yaşamamışam. Bilirəm ki, kişilərin çoxu xəyanət edir. Eləsin də xəyanət….

Ərimin nə telefonuna əl, nə də görüntülü zəng vurub “haradasan” deyə soruşmuram. Əgər bu insanın ürəyində xəyanət etmək niyyəti varsa, bunu edəcək. İndi bu sözlərimdən sonra sosial şəbəkədə yazacaqlar ki, artıq çəkilisən və acizsən deyə, belə sözlər söyləyirsən. Xeyr! Ən gözəl qadının da əri ona xəyanət edə bilər. Mən bunu deyirəm, üstündə də dururam. Nə deyirsinizsə, deyin, nə istəyirsinizsə, yazın”.

X.Əlizadə xəyanətə görə ailəsini dağıtmayacağını etiraf edib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki