Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.79 $▲1.21%
  • WTI neft89.31 $▲1.20%
  • Avropa qazı (TTF)92.56 €▼1.22%
  • Təbii qaz (ABŞ)3.234 $▼2.94%
  • Qızıl3 898 $▼0.49%
  • Gümüş49.75 $▼1.00%
  • Pambıq83.18 ¢▲5.91%
  • Buğda591.25 ¢▲0.00%
  • Bitcoin69 180 $▼3.07%
  • Ethereum1 963 $▼2.69%
  • S&P 5007 586▼0.08%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Diaspor nümayəndələri Şuşaya yola düşdü - Video

image-susa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Diasporla İş üzrə Dövlət Komitəsi diaspor nümayəndələrinin Şuşaya üçüncü səfərini təşkil edib.

Busaat xəbər verir ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat veriləcək.

Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi iyulun 27-də və avqustun 17-də də diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59666