Diasporumuzun son 3 illik fəaliyyəti: Effektiv işlər, uğurlu layihələr… Toğrul Allahverdili yazır

image-diasporpress_f290e562df4b464ddce8759075607072_7wizt9voypeqn51jf8xlbackend

Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti hər zaman istər dövlət, istərsə də ictimaiyyət səviyyəsində diqqət mərkəzində olub. Vətəndən kənarda yaşayan soydaşlarımızın bir arada olmaları və Azərbaycan adına səmərəli fəaliyyətlərinin təmin edilməsi üçün silsilə addımlar atılıb. Lakin təəssüflə qeyd edilməlidir ki, uzun müddət ərzində diaspor təşkilatlarımız arasında həmrəyliyi təmin etmək mümkün olmurdu. Bu da sonucda Azərbaycan diaspor təşkilatlarının mövcud olduqları ölkədə kölgədə qalmaları və sadəcə, qalmaqallarla diqqət mərkəzinə düşmələri ilə nəticələnirdi. Ona görə də, diaspor təşkilatlarının və bu sahəyə cavabdeh olan Diaspor Komitəsinin fəaliyyəti sərt və əsaslı tənqidlərə məruz qalırdı.

Lakin 2018-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Fuad Muradovun Komitəyə sədr təyin olunması Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələnin əsasını qoydu. O baxımdan, son 3 ildə diaspor təşkilatlarının “Vətən uzaqda deyil” şüari altında birləşmələri və koordinasiyalı fəaliyyətə üstünlük vermələri xüsusi qeyd olunmalıdır. Lakin bu müsbət tendensiyalar diaspor təşkilatları arasında umu-küsülərin, narazılıqların, yersiz ambisiyalardan qaynaqlanan eqoizmin tam ardan qalxdığı anlamına gəlmir. Etiraf edək ki, təsirli tədbirlərin görüldüyü şəraitdə də o cür neqativ hallara tamamilə son qoymaq mümkün deyil. Əsas olan budur ki, hazırda mövcud olan xırda umu-küsülər diasporun fəaliyyətinə mənfi təsir etmək və ümumi işə zərər vermək gücündə deyil.

Komitənin son 3 illik fəaliyyətinə nəzər saldıqda diaspor qurumlarının yenidən təşkilatlanmaları istiqamətində görülən işlərin effektivliyi diqqətdən yayınmır. Bu çərçivədə diaspor təşkilatları vasitəsilə bir çox ölkələrdə Azərbaycan Evlərinin yaradılması, Koordinasiya Şuralarının formalaşdırılması və Qarabağ Məktəblərinin açılması Komitənin ən uğurlu layihələrindən sayılır. Eyni zamanda, Komitə sədrinin xarici ölkələrə çoxsaylı səfərləri zamanı diaspor nümayəndələri ilə keçirdiyi görüşlər xaricdəki soydaşlarımızın fəaliyyətinə ciddi təkan verir.

Əlbəttə, son ilyarımda dünyanı bürüyən koronavirus pandemiyası şəraitində problemlərlə üzləşən soydaşlarımıza dəstək olmaq Komitənin əsas prioritetlərindən birinə çevrilib. Bu məsələyə ciddi diqqət yetirən Komitə rəhbərliyi xaricdəki soysdaşlarımızla daim əlaqədə olur, onların problemlərinin həllinə yardm göstərir, ölkəyə gətirilmələrini təmin edir, ehtiyac yarananda, onlardan maddi dəstəyini də əsirgəmir.

Təbii ki, Komitənin son 1 illik fəaliyyətində öncə Tovuz döyüşləri, daha sonra isə Vətən Müharibəsi müstəsna yer tutmaqdadır. Tovuz döyüşlərinin vüsət aldığı ötən ilin yayında dünyanın əksər ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın maksimum fəallaşdırılması və onlar tərəfindən çox təsirli aksiyaların keçirilməsi Komitənin böyük uğuru kimi qiymətləndirilməlidir. Bundan başqa, Komitə Vətən Müharibəsinin gedişində və ondan sonra diaspor təşkilatlarını vahid mill məqsəd ətrafında səfərbər edərək, onların potensialında səmərəli istifadə etməyə nail oldu.

Diqqətə çatdırılan bu qeydlər Azərbaycan diasporu ilə bağlı problemlərin tam aradan qaldırıldığı kimi başa düşülməməlidir. Yuxarıda da qeyd olundu ki, müəyyən problemlər hələ qalmaqdadır. Bununla belə, təqdir olunası hal bundan ibarətdir ki, diasporun fəaliyyətinə dair 20-30 il ərzində yığılıb qalan problemlərin həllində artıq mühüm irəliləyiş var. İşlərin bu tempdə davam etdiriləcəyi halda o problemlərin də həlli olunacağına ümid böyükdür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90