DİM dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirir

image-1708232627_a672b756-1254-3c42-818a-caffdece1e67_850backend

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir. İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunur.

DİM-dən bildirilib ki, imtahan vermək üçün BA qrupu üzrə 538, BB qrupu üzrə 2216 olmaqla, ümumilikdə 2754 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, “cavab kartı”ndakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, “cavab kartı”nı qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Apellyasiya müraciətləri zamanı təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, imtahan verən şəxs “cavab kartı”nda cavabları tam əmin olduqdan sonra qeyd etsin və ya “cavab kartı”nda imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasın.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahanının keçirilməsi üçün 11 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 258 nəzarətçi, 39 buraxılış rejimi əməkdaşı ayrılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki