Yanvarın 6-da saat 17 radələrində Naxçıvan MR Babək rayonunun Nehrəm qəsəbəsində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Azərbaycan Respublikası DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 2005-ci il təvəllüdlü Rəhman Süleymanov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırmalar davam etdirilir.