Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.81 $▲1.13%
  • WTI neft88.77 $▲0.98%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 841 $▼0.83%
  • Gümüş47.20 $▼0.64%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.75 ¢▼0.13%
  • Bitcoin64 324 $▼1.52%
  • Ethereum1 809 $▼1.37%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

DİN-dən qeydiyyatsız vətəndaşlarla bağlı AÇIQLAMA

image-1681297975_din
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan, yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan vətəndaşlar sənədləşdirmə işlərilə bağlı problem yaşayırlar. Belə ki, icbari sığortadan istifadə edərkən, bank əməliyyatlarını həyata keçirərkən, müavinət alarkən və s. hallarda qeydiyyat məsələsi aktuallaşır.

Bir neçə ay öncə DİN tərəfindən məlumat verilmişdi ki, bu kimi problemlərlə qarşılaşan vətəndaşlar yaxın qohumlarının razılığı ilə onların yaşadığı ünvana qeydiyyata alına bilərlər. Lakin bəzi vətəndaşların bu kimi imkanı yoxdur və nəticə etibarilə onlar heç bir ərazi üzrə qeydiyyata düşə bilmirlər.

Maraqlıdır, bu situasiyada vətəndaş nə etməlidir?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev qeydiyyat məsələsi ilə bağlı problem yaşayan vətəndaşların son olaraq məhkəməyə müraciət edə biləcəyini deyib:

“Əgər vətəndaşın qeydiyyat məsələləri ilə bağlı çətinliyi varsa, qohumunun evində qeydiyyata düşə bilmirsə, o zaman vətəndaş müvafiq qaydada polis orqanına müraciət edir. Polis orqanının ona verilən cavabından asılı olaraq vətəndaş məhkəməyə müraciət edir. Məhkəmə həmin şəxsin qeydiyyat məsələsini araşdırmaqla müvafiq qanuna uyğun tədbirin görülməsini təmin edir”.

DİN sözçüsü indiyədək qeydiyyat məsələsi ilə bağlı xeyli sayda problemin məhkəmələr tərəfindən həll edildiyini vurğulayıb:

“Qeydiyyat məsələsi bütün hallarda daxili işlər orqanlarının səlahiyyətində olan məsələdir, Lakin Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna uyğun olaraq vətəndaşın qeydiyyatı ilə əlaqədar məsələlər ən son olaraq məhkəmənin səlahiyyətindədir. Yəni ən son məqamda şikayətlər məhkəmə tərəfindən həll edilir. İndiyədək yüzlərlə vətəndaşın bu istiqamətdə şikayəti həll olunub”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106656