Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft89.86 $▼1.72%
  • WTI neft84.59 $▼1.26%
  • Avropa qazı (TTF)81.70 €▼0.77%
  • Təbii qaz (ABŞ)3.254 $▲1.28%
  • Qızıl4 085 $▼0.96%
  • Gümüş52.35 $▼1.68%
  • Pambıq82.47 ¢▲4.71%
  • Buğda588.00 ¢▼0.13%
  • Bitcoin74 228 $▼1.37%
  • Ethereum2 095 $▼1.74%
  • S&P 5007 550▲2.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

DİN vətəndaşları saxta paylaşımlara inanmamağa çağırıb

image-ft57ss4lwthh6piq95wa948kklnpqi6kbqi4ep6b_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək” adı altında çoxsaylı paylaşımlara rast gəlinir.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“İnternet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır.

Bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına və nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özünüzü təhlükələrdən qoruya bilərsiniz!”, – nazirlikdən bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178094