Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 534 $▼3.94%
  • Ethereum1 828 $▼5.16%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

"Dinamo"dan gələn xəbər "Qarabağ"ı ümidləndirdi - FOTO

image-1507502
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Dinamo”nun iki futbolçusu Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxa bilər.

Busaat.az sportinfo.az-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisində Stefan Ristovski və Ariyan Ademinin zədə səbəbindən meydana çıxmamaq ehtimalı var.

Ademi “Şibenik”ə qalib gəldikləri (3:0) çempionatın III turunun qarşılaşmasında sıradan çıxıb. O, bu səbəbdən Azərbaycan komandası ilə ilk görüşdə də iştirak etməmişdi.

Ristovski isə məhz “köhlən atlar”la dueldə əzələsindən zədə alıb. Onun da Bakıdakı matçda oynaması sual altındadır.

Avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan “Dinamo” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də reallaşacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=145881